Heydər Əliyev prospektində yolun bir hissəsi çökdü
FOTO

Bakının Nərimanov rayonunda yolun bir hissəsi çöküb.

 

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

 

İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.

 

Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.

 

Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.

 

**

 

Bakının Nərimanov rayonunda yolun çökməsi ilə əlaqədar Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilir.

 

Bunu isə KİV-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

Onun sözlərinə görə, əraziyə Agentliyin və aidiyyəti qurum əməkdaşları cəlb olunub.

 

“Yolun altından keçən su xəttində qəza olub. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılmalıdır. Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra agentliyimiz tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq”, - qurum rəsmisi qeyd edib.
















Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.