Ağcabədidə ağır qəza: ÖLƏN VƏ YARALANANLAR VAR
FOTO

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Oxu.az-ın məlumatına görə, rayonun Hüsülü kəndi ərazisində 44-BN-949 dövlət nömrə nişanlı "KamAZ", 10-EU-397 dövlət nömrə nişanlı VAZ-2106 və 99-EL-778 dövlət nömrə nişanlı "Lada Priora" markalı avtomobillər toqquşub.

 

Hadisə nəticəsində "Lada Priora"nın sürücüsü, 1979-cu il təvəllüdlü Allahverdi Yusif oğlu İmanov hadisə yerində həyatını itirib.

 

Müxtəlif dərəcəli xəsarətlər alan sürücünün atası, 83 yaşlı Yusif Allahverdi oğlu İmanov, 77 yaşlı Cəlilabad Əbdül oğlu Nadirov, 53 yaşlı Vüqar Cəmşid oğlu Əhmədov və daha bir nəfər qadın Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) KİV-in sorğusuna cavab olaraq bildirilib ki, oOnlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

 

1972 və 1942-ci il təvəllüdlü şəxslər yaxınlarının istəyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər. 1948-ci il təvəllüdlü kişiyə və 2002-ci il təvəllüdlü qadına isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.