Fevralın 28-də İsmayıllı rayonunda zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, İsmayıllı stansiyasından 46 km şimal-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Yerli vaxtla saat 07.49-da baş verən yeraltı təkanların maqnitudası 3 olub. Zəlzələ ocağı Yerin 3 kilometr dərinliyində yerləşib.
Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, İsmayıllıda dünən də zəlzələ qeydə alınmışdı. Maqnitudası 3,3 olan həmin təkanlar 46 km dərinlikdə olmuşdu...