Xocavənddə əlində qumbara partlayan gəncin barmaqları amputasiya olunub
YENİLƏNİB

Xocavənddə əlində qumbara partlayan şəxsin barmaqları amputasiya olunub. 

 

Senzor.az bildirir ki, bu barədə KİV-in  sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

 

Qeyd edilib ki, partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona sol əlinin 1-ci, 2-ci və 3-cü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

 

Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib, vəziyyəti stabil olaraq qiymətləndirilir.

 

**14.21

 

Xocavənddə hərbi sursat partlayıb, xəsarət alan var.

 

Senzor.az bildirir ki, , bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

 

Qeyd olunub ki, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursat partlayıb. Nəticədə Füzuli rayonunun Aybasanlı kənd sakini, 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

 

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

 

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda qeyd olunub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.