Bakıda sürücüsü olmayan avtobus yoldan çıxıb... BULVARA GİRDİ
VİDEO

Bu gün paytaxtın Səbail rayonu ərazisində avtobus qəzası baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, Neftçilər prospektində sükanı arxasında sürücünün olmadığı “Daewoo” markalı avtobus qəfil hərəkətə başlayıb. Nəticədə nəqliyyat vasitəsi Bakı bulvarının məhəccərini dağıdaraq park ərazisinə daxil olub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

**

Yerüstü Nəqliyyat Agentliyi (AYNA) hadisə barədə məlumat yayıb.

 

Bildirilib ki, bu gün Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur: "İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.

 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir".

 

Qəza yerindən görüntüləri təqdim edirik:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: wwwsenzoraz@gmail.com
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün wwwsenzoraz@gmail.com ünvanına müraciət edə bilərsiniz.