Şimali Makedoniyada gecə klubunda yanğın: 59 ÖLÜ, 155 YARALI VAR – 7 GÜNLÜK MATƏM ELAN EDİLDİ
YENİLƏNİB, VİDEO/ FOTO


Şimali Makedoniyanın Koçani şəhərində "Puls" gecə klubunda baş verən yanğın nəticəsində ən azı 59 nəfər həyatını itirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ölkənin daxili işlər naziri Pançe Toşkovski mətbuat konfransında deyib.

 

"Yaralıların sayı 155 nəfərdir. Onlar ölkənin müxtəlif xəstəxanalarında müalicə alırlar. Yenidən yanğın qurbanlarının ailələrinə səmimi başsağlığı verirəm", - deyə nazir əlavə edib.

 

Daxili işlər naziri həmçinin qeyd edib ki, həqiqəti aydınlaşdırmaq üçün Koçanidəki faciə ilə əlaqəli bütün şəxslər sorğulanacaq və bütün gecə klubları fövqəladə yoxlanışdan keçiriləcək.

 

Həmçinin nazir yanğınla əlaqədar dörd nəfərə qarşı həbs qərarları verildiyini bildirib, lakin onların kimliyini açıqlamayıb. Bildirilir ki, "Puls" klubunun sahibi artıq həbs edilib.

 

Xatırladaq ki, Koçani şəhərindəki faciə 16 mart gecəsi təxminən saat 03 radələrində baş verib. Yanğının ilkin səbəbi kimi pirotexnikadan istifadə göstərilib.

 

Şimali Makedoniya hökuməti yanğınla əlaqədar yeddi günlük matəm elan edib.


**15:22


Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində azı 50 nəfər həlak olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Prokurorluq orqanlarının əməkdaşları  hadisə yerindədirlər. Yanğında ölənlərin və xəsarət alanların sayının əqiqləşdirildiyi bildirilir.

 

Yanğın klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verib. Alov sürətlə yayılaraq binanın tavanına və damına keçib.

 

Faktla bağlı araşdırmalar aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.