Gəncədə 3 nəfər şəxs sürücünü maşınla küçədən sürətlə keçdiyi üçün döyüb.
APA xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.
Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.
1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayev müxtəlif bədən xəsarətləri ilə Gəncədə xəstəxanaya yerləşdiriliblər.
Onlara tibbi yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.
Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.