Əli Kərimlinin mühafizəçisi saxlanıldı - ADAM BIÇAQLAMA İTTİHAMI

Sosial şəbəkələrdə AXCP sədri Əli Kərimlinin mühafizəçisi Kənan Basqalın saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

 

“Qafqazinfo”nun məlumatına görə, martın 21-i saat 20 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində paytaxt sakini, 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

 

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Məlumatı DİN-in Mətbuat Xidmətinin Media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov təsdiq edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.