Myanmada dəhşətli zəlzələ: ölənlərin sayı 1 700-ü ötdü - YENİLƏNİB, VİDEO

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 1 700-ü ötüb.

 

Bu barədə Çin Mərkəzi Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

 

Məlumata görə, 3 400 nəfər xəsarət alıb, 300-ə yaxın insan itkin düşüb.

 

Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub. Zəlzələ Tailand, Çin və Vyetnamda hiss olunub.

 

**18:36 (29.03.2025)


Myanmada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 644-ə çatıb, 3 400-dən çox yaralı var.

 

Bu barədə "Xinxua" agentliyi Myanma Dövlət İnzibati Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, təbii fəlakət nəticəsində həmçinin 139 nəfər itkin düşüb.

 

Xatırladaq ki, martın 28-də səhər saatlarında Myanmada 7,9 və 6,4 bal gücündə iki zəlzələ baş vermişdi. Martın 29-da isə 5,2 bal gücündə üçüncü seysmik hadisə qeydə alınmışdı. Fəlakət evləri, Saqainq və Mandalay şəhərlərini birləşdirən körpünü dağıdıb, Mandalay və Naypyitav beynəlxalq hava limanlarına ciddi ziyan vurub.

 

**10:58


Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.

 

Senzor.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb. 

 

Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.

 

**19:38 (28.03.2025)


Myanmanın paytaxı Naypyida şəhərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 144 nəfərə çatıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Myanmanın səlahiyyətli qurumları açıqlama yayıb. Təbii fəlakət nəticəsində daha 732 nəfər xəsarət alıb, itkin düşənlər var.

 

Yeraltı təkan paytaxtda və Mandalay bölgəsində çox sayda yaşayış binasını, məktəbləri, inzibati binaları dağıdıb. Dağıntılar altında məktəblilərin də qaldığı güman olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır.

 

Zəlzələ qonşu Tailandda da dağıntı və tələfata səbəb olub. Paytaxt Banqkokda hündür mərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb, 117 nəfər itkin düşüb.

 

Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 12:10-da Myanmada 7,7 bal, 12 dəqiqə sonra isə 7,9 bal gücündə zəlzələ olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.