İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.
Senzor.az bildirir ki, təbiət hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.
Tutulmanın maksimumu saat 14:48:36-da olub. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünüb.
**13:18

Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.
Senzor.az Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən bildirir ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək.
Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.
Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.
Onu da qeyd edək ki, bu adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.