Rusiyanın paytaxtı Moskvanın mərkəzində təxminən 330 000 avro dəyərində dəbdəbəli “Aurus Senat” avtomobili yanıb.
“Baza” teleqram kanalı xəbər verir ki, avtomobil Rusiya Prezidenti Vladimir Putinin İnzibati İdarəsinə məxsusdur.
Telekanalın məlumatına görə, hadisə Sretenka küçəsində baş verib.
Yayılan görüntülərdə yaxınlıqdakı restoran və barların əməkdaşlarının yanğınsöndürənlər gəlməmişdən əvvəl alovu söndürməyə kömək etmək üçün bayıra qaçdıqları görünür.
İtki barədə məlumat verilmir.