Ələt-Astara magistralında “TIR” markalı yük maşını aşıb və bu, nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə magistralın Masallıdan keçən hissəsində qeydə alınıb.
Yük maşınının, İrandan Rusiyaya tərəvəz məhsulları apardığı bildirilir.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Görülən operativ tədbirlər nəticəsində yük avtomobili yoldan götürülüb və artıq nəqliyyatın hərəkəti bərpa edilib.
Faktla bağlı araşdırma aparılır.