Göyçayda yas mərasimində evin eyvanı uçub: 8 QADIN XƏSARƏT ALIB
YENİLƏNİB, FOTO


Göyçay rayonunda yas mərasimi zamanı evin eyvanı uçub, 8 nəfər xəsarət alıb. 

 

Senzor.az-ın məlumatına görə, TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, aprelin 7-də saat 13 radələrində Göyçay rayonunun Qarayazı kəndində yas mərasimi zamanı eyvanın aşması nəticəsində xəsarət alan 8 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili yardım bölməsinə hospitalizasiya olunub.

 

Onlardan 1966, 1963, 1973, 1969, 1976, 1960 və 1962-ci il təvəllüdlü 7 nəfərə (qadın) ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Digər 1973-cü il təvəllüdlü qadın isə çoxsaylı sınıqlar və onurğa zədəsi diaqnozu ilə ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.

 

**09:18


Göyçayda yas mərasimi zamanı evin eyvanı uçub.

 

"Report" xəbər verir ki, hadisə Fərahim İsrafil oğlu Vahidova məxsus evdə qeydə alınıb.

 

Evdə yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvanı uçub. 

 

Nəticədə 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.

 

Araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.