Dominikanda gecə klubu faciəsində ölənlərin sayı 184 nəfərə çatıb
YENİLƏNİB, VİDEO/ FOTO

Dominikanın paytaxtı Santo-Dominqoda “Jet Set” gecə klubunun damının çökməsi nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Əməliyyatlar Xidmətinin rəhbəri Xuan Manuel Mendes məlumat verib.

 

Onun sözlərinə görə, xilasetmə əməliyyatı bir an belə dayanmayıb. Dağıntıların altında sağ qalan insanlar ola bilər və bu səbəbdən işlər ehtiyatla aparılır.

 

Xatırladaq ki, Dominikan Respublikasının Prezidenti Luis Abinader həlak olanların xatirəsinə aprelin 8-dən başlayaraq üçgünlük milli matəm elan edib. Paytaxtın müxtəlif yerlərində insanların qan verdikləri donor mərkəzləri açılıb.

 

**20:29 (09.04.2025)


Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 124-ə çatıb.

 

Bu barədə “Listin Diario” qəzeti Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, 155 nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

 

Onu da qeyd edək ki, faciə ilə bağlı ölkədə üç günlük matəm elan olunub.

**10:34


Dominikanın paytaxtı Santo-Dominqoda "Jet Set" gecə klubunun tavanının çökməsi nəticəsində ölənlərin sayı 98-ə yüksəlib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə regionun Fövqəladə Hallar Mərkəzindən (COE) xəbər verilib.

 

Bildirilir ki, daha 255 nəfər xəsarət alıb, onlar paytaxt xəstəxanalarına çatdırılıblar.

 

**01:46


Dominikan Respublikasının "Jet Set" gecə klubunda "merenqe" ifaçısı Rubbi Peresin konserti zamanı binanın tavanı qəfildən çöküb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu saata olan məlumata görə, faciədə 44 nəfər həyatını itirib.

 

Fövqəladə Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez təsdiq edib ki, daha 146 nəfər xəstəxanalara yerləşdirilib.

 

Mendez qeyd edib ki, dağıntılar altında hələ də insanlar qalmaqdadır.

 

Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.

 

"Biz güman edirik ki, orada olanların bir çoxu hələ də sağdır, buna görə də hakimiyyət orqanları və əməliyyat iştirakçıları dağıntılar altında sonuncu insanı tapana qədər dayanmayacaqlar", - deyə respublikanın fövqəladə əməliyyatlar xidmətindən bildirilib.

 

"Merenqe" ifaçısı Rubbi Peresin xəsarət alıb-almaması məlum deyil.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.