Bu gün səhər saatlarında paytaxtda ağır yol qəzası baş verib.
Senzor.az bildirir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “Shacman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə “Bolt” sisteminin loqosu ilə taksi fəaliyyəti göstərən avtomobil aşıb.
Hadisə nəticəsində bir nəfər xəsarət alıb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
**
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli jurnalistlərə bildirib ki, hadisə saat 06:10 radələrində Nizami rayonu Heydər Əliyev prospektində baş verib: ““JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşınının toqquşması nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Görüntüləri təqdim edirik: