Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
**16:08
Aprelin 12-də Pirqulu stansiyasından 24 kilometr cənubda - Şamaxı rayonunda zəlzələ baş verib.
Senzor.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 15:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,4-ə bərabər olub.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ 3 bal gücündə hiss olunub.