Güclü yağış Qaradağ rayonu, Umbakı qəsəbəsi ilə mərkəzi birləşdirən yolun üzərindəki körpünü uçurub.
Bu səbəbdən qəsəbənin rayon və şəhər mərkəzi ilə əlaqəsi tam kəsilib.
Sakinlər deyirlər ki, həmin körpü 2015-ci ildə əsaslı təmir olunub. İddia edirlər ki, maksimum 8 ton yükdaşıma qabiliyyəti olan körpünün uçmasının əsas səbəbi əslində təkcə sel suları deyil. Başlıca səbəb ağırtonnajlı maşınların yüklü formada körpüdən keçmələridir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, problemdən xəbərdardırlar və ərazidə iş gedir.
Daha ətraflı “Xəzər TV”nin süjetində: