Şamaxı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Qeyd olunub ki, aprelin 19-da saat 22 radələrində Şamaxı rayonunun Çarhan kəndi ərazisində "Niva" markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Orxan İsayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.