Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
"Report"un məlumatına görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - 1995-ci il təvəllüdlü Tağızadə Ülfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı (1998), onların övladları Tağızadə Ümid Ülfət oğlu (2018) və Tağızadə Sürəyya Ülfət qızı (2020) yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itiriblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.