Son bir saat ərzində Mərmərə dənizində ən şiddətlisi 6,2 bal gücündə olmaqla ard-arda bir neçə güclü zəlzələ baş berib.
Senzor.az bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, yeraltı təkanların episentri İstanbulun Silivri rayonunun ərazi suları daxilindədir.
Məlumata əsasən, zəlzələlər yeli vaxtla saat 12:13 ilə 13:02 arasında 3.9, 6.2, 4.4 və 4.9 bal gücündə olub.
Zəlzələlər İstanbul ilə yanaşı ətraf şəhər və rayonlarda da hiss edilib.
Hazırda İstanbulda kommunikasiya xidmətləri və yollarda sıxlıq yaşanır. Əhali təşviş içində park və toplanma sahələrinə yığışır.
AFAD əhaliyə evlərə girməmələri ilə bağlı xəbərdarlıq edib.
Ölkənin bütün aidiyyəti qurumları səfərbər edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan baş vermiş zəlzələlərlə bağlı ölkənin daxili işlər, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi, səhiyyə nazirləri, eləcə də İstanbul valisi və AFAD rəhbərindən məlumat alıb.