İrandakı partlayışda ölənlərin sayı 70 nəfərə çatıb

İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə məlumat verib.

 

Onun sözlərinə görə, 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir. Bundan başqa, 1072 yaralıya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

 

Bildirilib ki, yanğınsöndürmə işləri yekunlaşıb.

 

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb. İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.