İsveçin Stokholm şəhərində İran səfirliyinin binası qarşısında yanğın törədilib.
"Azad İran" "Telegram" kanalı bildirir ki, bu barədə İsveç polisinin sözçüsü Nediya Norton məlumat verib.
O, hadisənin qəsdən törədildiyini və bununla əlaqədar 55 yaşlı şübhəli şəxsin həbs edildiyini bildirib.
Hüquq-mühafizə orqanının əməkdaşı yanğının söndürüldüyünü, polisin hücumun səbəblərini araşdırdığını açıqlayıb.