Moskvanın cənub-qərbində yerləşən yaşayış binasının doqquzuncu mərtəbəsindəki mənzildə partlayış və sonradan yanğın baş verib.
Bu barədə TASS məlumat yayıb.
“İlkin məlumatlara görə, General Tyulenev küçəsindəki yaşayış binasında doqquzuncu mərtəbədə partlayış və sonradan yanğın baş verib... Səkkizinci və doqquzuncu mərtəbələr arasında uçqun olub. Sakinlər təxliyə olunub”, - deyə məlumatda bildirilib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 6 yaralı var.
Bu arada ölkənin Fövqəladə Hallar Nazirliyi yanğının məhdudlaşdırıldığı, bir azdan isə tamamilə söndürüləcəyi barədə məlumat yayıb. Yanğının sahəsi 100 kv.m təşkil edib.
Araşdırma aparılır.