ABŞ-ın mərkəzi hissəsində qasırğa nəticəsində azı 27 nəfər ölüb.
Bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, ölənlərin 25-i Missuri və Kentukki ştatlarının payına düşür.
Nəşrin məlumatına görə, bir sıra ştatlarda binalar, evlər və müəssisələr dağılıb.
**18:54 (17.05.2025)
ABŞ-ın mərkəzi ştatlarında hökm sürən qasırğa 23 nəfərin ölümünə səbəb olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölüm hadisələrinin 14-ü Kentukki, 7-si Missuri və 2-si Virciniya ştatında qeydə alınıb. Ümumilikdə Missuri, Kentukki, İllinoys və İndianada ştatlarında 26 tornado baş verib.
Missuridən Miçiqana və Nyu-Cersiyə qədər 15 ştat qasırğanın fəsadları ilə üzləşib. Təbiət hadisəsi nəticəsində binaların damları qopub, ağaclar aşıb, kommunal xətlər sıradan çıxıb. 700 mindən çox ev və müəssisə elektriksiz qalıb.
Qasırğanın gələn həftənin əvvəlinə qədər davam edəcəyi proqnozlaşdırılır.