Xırdalanda 35 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Senzor.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov KİV-in sorğusuna cavab olaraq bildirib ki, hadisə mayın 16-da saat 22 radələrində baş verib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü İ.Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
**20:22
Abşeronda küçədə boğazı kəsilmiş kişi meyiti tapılıb.
Senzor.az bildirir ki, hadisə Xırdalanda qeydə alınıb.
Məlum olub ki, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyev boğazı kəsilərək qətlə yetilib.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.