ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb.
CNN xəbər verir ki, bu barədə ABŞ-ın Daxili təhlükəsizlik katibi Kristi Noem məlumat yayıb.
“Bu gecə Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında İsrail səfirliyinin iki əməkdaşı öldürülüb”, - deyə Noem qeyd edib.
İsrail səfirliyinin sözçüsü isə bildirib ki, həlak olan şəxslər yaxın məsafədən güllələniblər.
O da qeyd olunub ki, İsrail səfiri atışma baş verən yerdə olmayıb.
Şəhərin polis rəisi Pamela Smitin “Associated Press”ə dediyinə görə, həlak olan diplomatlar kişi və qadın olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb. P.Smit bildirib ki, həbs zamanı saxlanılan şəxs "Azad Fələstin!" şüarı səsləndiririb.
Agentliyin yazdığına görə, ABŞ-ın Baş prokuroru Pem Bondi artıq cinayət yerinə baş çəkib.
ABŞ Prezidenti Donald Tramp isə “Truth Social”da V Vaşinqtondakı atışmanı "antisemitizmə əsaslanan" akt adlandırıb.
"Kolumbiya Dairəsində açıq-aşkar antisemitizm motivləri ilə törədilən bu dəhşətli qətllər indi dayandırılmalıdır! ABŞ-da nifrət və radikalizmə yer yoxdur", - Tramp ölən diplomatların ailələrinə başsağlığı verərək yazıb.
Hadisə yerindən görüntüləri təqdim edirik: