Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə hökm oxundu - FOTO

Türkiyədə Azərbaycan vətəndaşı olan 25 yaşlı tələbə döyülüb və ona qarşı əxlaqsız hərəkətlər edilib. 

 

“Qafqazinfo” xəbər verir ki, hadisə Zonquldak şəhərində qeydə alınıb. 

 

Sözügedən tələbəni girov saxlayan dəstə üzvlərinin məhkəməsi artıq yekunlaşıb. Zonquldak 3-cü Ağır Cinayət Məhkəməsi dəstənin 6 üzvünü qanunsuz azadlıqdan məhrumetmə, qanunsuz silahlı dəstə qurma, hədə-qorxu ilə tələb etmə kimi əməllərdə təqsirli bilib.

 

Qeyd edilib ki, Azərbaycan vətəndaşı olan 25 yaşlı şəxs 2 il əvvəl narkotik vasitələrin satışı ilə məşğul olan dəstəyə qoşulub. Lakin bir müddət sonra onu polis yaxalayıb və dəstə üzvləri tərəfindən verilmiş qanunsuz silahı hüquq-mühafizə orqanları götürüb. Bundan sonra dəstə üzvləri 25 yaşlı şəxsi cəzalandırmaq qərarına gəliblər. Onu qapalı yerə salaraq döyüblər, həmçinin əxlaqsız hərəkətlər edərək videoya çəkiblər.

 

Məhkəmənin hökmü ilə dəstənin rəhbəri olan A.K 40 il həbs cəzasına məhkum edilib. Dəstənin digər üzvlərindən M.A 31 il 8 ay, S.K 8 il 6 ay cəza alıb. Digər 3 nəfərdən ikisinin polisin nəzarəti altında qalmasına, birinin isə tamamilə sərbəst buraxılmasına qərar verilib.










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.