Azərbaycana gələn pakistanlı iş adamı hava limanında
HƏBS EDİLDİ

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.

 

Oxu.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəlcə Bəhreyn Krallığına gedərək, orada bizneslə məşğul olub.

 

Orada biznesdə uğur qazana bilməyən iş adamı Azərbaycana gəlmək istəyib. Amma onun pasportunun müddəti bitib. İş adamı buna görə Pakistanın Bəhreyndəki səfirliyinə müraciət etsə də, səfirlik ona yeni pasport verməkdən imtina edib. O, Bəhreyndə bir nəfərlə tanış olub və 700 dollar ödəməklə saxta pasport alıb.

 

İş adamı Bəhreyn-Bakı reysi ilə Azərbaycana gələrkən hava limanında saxlanılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, Pakistan vətəndaşının pasportu saxtadır. İş adamı tutularaq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı cinayət işi başlanıb və o həbs edilib.

 

Məhkəmənin hökmü ilə pakistanlı iş adamı 7 ay müddətinə azadlıqdan məhrum edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.