Bu gün saat 14 radələrində paytaxtın Sabunçu rayonu, Böyükşor qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, “Mercedes” markalı yük avtomobili yolun əks istiqamətində hərəkətdə olan “Volkswagen” markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.