İyunun 8-də Suraxanı rayonu Hövsan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, O.Şabanov küçəsində “BakuBus”a məxsus 120 saylı marşrut xətti üzrə hərəkət edən BMC markalı avtobusla “Ford Transit” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində “Ford”dakı meyvə-tərəvəz məhsulları yola dağılıb. Hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.
Faktla bağlı araşdırma aparılır.