Bakıda tələbə qız faciəvi şəkildə öldü
FOTO

Bakıda gənc qız zəhərlənmədən dünyasını dəyişib.

 

“Qafqazinfo”nun məlumatına görə, hadisə iyunun 7-si saat 05 radələrində baş verib.

 

Belə ki, sübh vaxtı Səbail rayonu, M.Hüseynov küçəsi 22-nin qarşısından Saatlı rayon sakini, 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib.

 

D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib.

 

Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər.

 

Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

 **

TƏBİB-dən KİV-in sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. 

 

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.














Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.