Bakıda avtomobil yuyan şəxsi elektrik cərəyanı vuraraq öldürüb.
Senzor.az bildirir ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində baş verib.
Həmin küçədə olan avtoyuma məntəqəsində işləyən Emin Ramin oğlu Əliyev avtomobil yuyarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.