Salyanda fermada dəhşətli yanğın: 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yandı - VİDEO

Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

 

“Report”un məlumatına görə, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, kənd sakini, Şikarov Eyyub Bayram oğluna məxsus fermada ot tayası anidən alovlanıb. Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib.

 

Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib.

 

Həsənli kənd icra nümayəndəsi bildirib ki, yanğın zamanı təsərrüfat sahibinə məxsus 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.

 

Hazırda alov lokallaşdırılıb, yanğının söndürülməsi davam edir.

 

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.