Hindistandan Londona uçan “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi Əhmədabad hava limanı yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı (o cümlədən iki pilot və 10 bələdçi) həlak olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə polis orqanları məlumat yayıb.
Qeyd edək ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin aeroportundan havaya qalxan “Air India” aviaşirkətinə məxsus “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi bir neçə dəqiqədən sonra həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb. Orada yaşayanlar arasında da da həlak olanların olduğu bildirilir. “News18” telekanalı artıq binadan 30 nəfərin cəsədinin aşkar edildiyini açıqlayıb.
Qəzanın səbəbləri hələlik məlum deyil. Yeri gəlmişkən, “787 Dreamliner” “Boeing” korporasiyasının ən yeni modeli və dünyada texniki cəhətdən ən inkişaf etmiş təyyarələrdən biri hesab olunur. Ekspertlərin sözlərinə görə, qəza texniki nasazlıqla bağlı olsa, bütün dünyada bu modeldən olan yüzlərlə təyyarə risk altına düşəcək və istehsalçı ciddi itkilərə məruz qalacaq.
Bu arada ANI agentliyi polisə istinadən 11A nömrli yerin sərnişininin sağ qaldığı barədə məlumat yayıb...