Səhər saatlarında Türkiyənin Adana bölgəsinin Saimbeyli rayonunda zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 07:09-da (Bakı vaxtı ilə 08:09-da) 4.5 maqnitudada qeydə alınıb.
Zəlzələ ətraf rayonlarda da hiss edilib.
Dağıntı və insan itkisi ilə bağlı hələlik məlumat yoxdur.