Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 236 min nəfər əhalisi olan Dera Qazi Xan şəhərindən 78 km şimal-qərbdə, zəlzələnin ocağı isə 35 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.