İyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.
Senzor.az bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında belə deyilir.
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Zərərəçəkmişin sağ ayağı topuqdan amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.