Ağdam-Füzuli yolunda mikroavtobus aşıb: 24 NƏFƏR XƏSARƏT ALIB - YENİLƏNİB, VİDEO/ FOTO


09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

 

Senzor.az-ın məlumatına görə, TƏBİB-dən KİV-in sorğusuna verilən cavabda  belə deyilir.

 

Bildirilir ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Həmin briqadalar xəsarət alan şəxsləri Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə ediblər. 

 

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdirilib.

 

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

**09:28



Ağdam-Füzuli avtomobil yolunda 20 nəfərin xəsarət alması ilə bağlı Ağdam Təcili yardım stansiyasının 7 briqadası hadisə yerinə cəlb edilib.

 

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına və Bərdə Diaqnostika Mərkəzinə hospitalizasiya olunurlar.

 

**08:58

 

Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Belə ki, iyulun 9-da saat 08 radələrində Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində "Ford" markalı sərnişin daşıyan nəqliyyat vasitəsi aşıb.

 

Hadisə zamanı mikroavtobusda olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

 

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.