Ermənistanın Gümrü şəhərindəki tibb mərkəzinə başından güllə yarası almış rusiyalı hərbçi yerləşdirilib. Yaralı təcili cərrahi əməliyyat edilib və hazırda o, reanimasiya şöbəsində, komatoz vəziyyətdə saxlanılır.
Senzor.az erməni mediasına istinadən bildirir ki, yaralanan şəxs Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında xidmət edən əsgər - 2002-ci il təvəllüdlü Aleksey Q. - dır. Rusiyalı hərbçinin özünə odlu silahdan atəş açaraq xəsarət yetirdiyi vurğulanıb.
Onun vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.