Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda çoxmərtəbəli binada yanğın baş verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, hadisə zamanı biri uşaq olmaqla 3 nəfər həyatını itirib, onlarla adam tüstüdən zəhərlənib.
Ölənlərdən biri 3,5 aylıq körpədir. Xəsarət alan bir nəfərin vəziyyəti isə ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.