Rusiyanın Dağıstan Respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, atışma Mahaçqalanın Daniyalov küçəsində baş verib.
Hücum anı həyət kameralarına düşüb. Kadrlarda iki naməlum maskalı şəxsin arxadan idmançıya tərəf qaçaraq azı beş dəfə atəş açdıqları görünür.
Bundan sonra hücum edənlər ağ rəngli “Priora”da qaçıblar.
Yaralının vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. İlkin məlumata görə, onun çiyin, bilək və döş qəfəsində beşə yaxın güllə yarası var.