Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb.
Qəza nəticəsində Daşkəsən rayon Bayan kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva və onun nəvəsi, 7 yaşlı Firuzə Məmmədli həyatların itiriblər.
Avtomobildə olan 9 yaşlı Ayşən Məmmədli və 4 yaşlı Əlixan Məmmədli isə müxtəlif bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar.
TƏBİB-dən verilən məlumata görə, həmin şəxslərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərininki stabildir.
Faktla bağlı araşdırma aparılır.