Hacıqabulda təcili yardım maşını qəzaya uğradı: ÖLƏN VƏ YARALANANLAR VAR
VİDEO

Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.

 

Oxu.az xəbər verir ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində baş verib.

 

Belə ki, Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi "KamAZ" markalı, 14 BD 565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90 JN 615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub.

 

Füzuli rayon sakini, 1971-ci il təvəllüdlü Namiq Həmzəyevin idarə etdiyi təcili yardım maşınının dəmir səddə çırpılması nəticəsində həmyerlisi - 1993-cü il təvəllüdlü Rəsul Qurbanlı ölüb. Sürücü və həkim Əliağa Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

 

Teleqraf-ın məlumatına görə, qəza zamanı həyatını itirən Rəsul Qurbanlının polis nəfəri olduğu bəlli olub.

 

O, Füzuli şəhər sahə rəisinin köməkçisi vəzifəsində çalışırmış. Onun təcili yardım maşınında paytaxta aparılan xəstəni müşayiət etdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.