Abşeron rayonu ərazisində torpaq sürüşməsi olub.
Senzor.az-ın məlumatına görə, hadisə Qobustan ərazisində baş verib.
1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatı qoparaq üstünə düşüb. Nəticədə o, hadisə yerində ölüb, hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.