Goranboy rayonunda yol qəzası baş verib.
“Qafqazinfo” bildirir ki, rayonun Balakürd kəndində “VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboy rayonunda avtomobil qəzasında xəsarət alan yaralıların adları açıqlanıb.
Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Günel Mustafayeva, 1987-ci il təvəllüdlü Sadiq Mustafayev, 1998-ci il təvəllüdlü Vüsal Kazımov, 2005-ci il təvəllüdlü Türkan Məmmədbəyli, 2012-ci il təvəllüdlü Süleyman Mustafazadə, 2004-cü il təvəllüdlü Fazil Əliyev və 2013 -cü il təvəllüdlü Yusif Mustafayev xəsarət alıblar.
***
FHN-dən Senzor.az-a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər deformasiyaya uğramış “Mercedes” markalı avtomobildə sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.