Ermənistanın ABŞ-a yeni təyin edilmiş səfiri Narek Mkrtçyanın qardaşı Mkrtıç Mkrtçyan gecə saatlarında Parakarda narkotik saxlamaqda şübhəli bilinərək saxlanılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə polisin Mkrtçyan və dostunun olduğu avtomobili saxlayan zaman baş verib. Sonuncu polisləri görən kimi dərhal qaçıb, onun çantasında narkotik vasitələr və silah aşkar edilib. Mkrtçyan saxlanılıb.
Qeyd olunub ki, Ermənistan dövlət orqanları bununla bağlı hələlik rəsmi açıqlama verməyib.