Bakı-Quba yolunda yük maşını avtobusla toqquşub, 2 nəfər xəsarət alıb
YENİLƏNİB, FOTO

Baş Dövlət Yol Polisi İdarəsi  (BDYPİ) Bakı-Quba avtomobil yolunda baş verən qəza barədə məlumat yayıb.

 

Senzor.az-ın xəbərinə görə, qeyd olunub ki, hadisə bu gün saat 07  radələrində yolun 28-ci kilometrliyində baş verib.

 

Belə ki, Bayram Qurbanovun idarə etdiyi “Mercedes” markalı, 77-NQ-154 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İlham Vəliyevin idarə etdiyi “Kia” markalı, 50-AE-425 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub.

 

Qəza nəticəsində avtobusda olan 2 sərnişin yüngül xəsarət alıb. Ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.

 

İlkin ehtimala görə, hadisəyə yük avtomobilinin təkərlərindən birinin partlaması səbəb olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

**09:00


Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

"Report" bildirir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

 

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

 

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.