Şəmkir rayonunda təcili tibbi yardım briqadası qəzaya uğrayıb.
Senzor.az bildirir ki, Kür qəsəbəsinə çağırışa gedən təcili tibbi yardım avtomobili arxadan minik maşınına çırpılıb.
Qəza nəticəsində tibb bacısı T.Ağayeva, təcili yardım avtomobilinin sürücüsü B.Əliyev və minik maşınının sürücüsü İ.Əliyev müxtəlif xəsarətlərlə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.