Şəmkirdə həkimin idarə etdiyi maşın ağaca çırpıldı: 2 NƏFƏR ÖLDÜ
FOTO

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. 

 

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Qəza zamanı həyatını itirmiş sürücünün - 1990-cı il təvəllüdlü Kənan Çobanlının meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Daha bir nəfər - sərnişin, 1991-ci il təvəllüdlü S. Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Amma həkimlərin səylərinə baxmayaraq, o da həyatını itirib.

 

APA-nın əldə etdiyi məlumata görə,  qəzada ölən "Hyundai"ın sürücüsü Kənan Çobanlı stomatoloq olub. O, Şəmkirdə yerləşən Memorial Hospitalda çalışıb. 

 

Qəzaya düşənlər toydan qayıdırlarmış.

 

Faktla bağlı araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.