Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri su basdı – VİDEO

Qabal çayının daşması nəticəsində Laqodexi bələdiyyəsinin bir sıra kəndləri, o cümlədən Qabal, Gəncəli, Uzuntala və Qaracalar kəndləri demək olar ki, sel suları altında qalıb.

 

"24News" xəbər verir ki, güclü sel nəticəsində bu kəndlərin infrastrukturuna ciddi ziyan dəyib.

 

Kəndlərdə elektrik enerjisinin kəsilməsi, evlərin və təsərrüfatların böyük zərərlər görməsi, eləcə də əhalinin həyat şəraitinin ağırlaşması yerli sakinlərin həyatını çətinləşdirib. Selin yaratdığı maddi və mənəvi zərər əhaliyə böyük çətinliklər yaşadıb. Bir çox evlər və təsərrüfatlar ciddi şəkildə zədələnib və əkin sahələri su altında qalıb.

 

Yerli sakinlər, vəziyyətin daha da pisləşməməsi və ziyanların tez bir zamanda aradan qaldırılması üçün aidiyyəti qurumlardan yardım istəyirlər.

 

Son məlumata görə, artıq hadisə yerinə müvafiq xilasetmə xidmətləri və şəhər meriyasının əməkdaşları səfərbər edilib.


Onu da qeyd edək ki, Gürcüstanın bu ərazilərində əsasən azərbaycanlılar yaşayır.









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.